marco rubio AP 25107637679751 NAT 0422

ABŞ Dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Rubio Münhenə yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.

“Düşünürəm ki, Zelenski orada olacaq və onu görmək imkanımız var. 100 faiz əmin olmasam da, planlarımız bu istiqamətdədir”, – deyə o bildirib.

Dövlət katibi vurğulayıb ki, ABŞ döyüşlərin bitməsini istəyir: “Vaşinqtin bir ildən çoxdur ki, münaqişəyə son qoymaq üçün səylə çalışır”.

Qeyd edək ki, konfrans 13-15 fevral tarixlərində keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: