1762372994.2025 09 23T152151Z 395614772 RC2RXGA4BEO7 RTRMADP 3 UN ASSEMBLY TRUMP pic 32ratio 900x600 900x600 22420

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sonuncu dəfə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.

Ağ Ev rəhbəri bildirib ki, Tehranla mümkün razılaşma üçün təxminən bir ay vaxt var və bu müddət ərzində nəticə əldə olunmalıdır.

“Biz razılığa gəlməliyik, əks halda bu, çox travmatik olacaq. Əgər əldə etdiyimiz razılaşma ədalətli və yaxşı olmazsa, İran üçün çox çətin bir dövr başlayacaq”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, proses sürətli şəkildə yekunlaşmalıdır: “Düşünürəm ki, növbəti ay ərzində belə bir şey baş verəcək. Bu, çox tez baş verməlidir”.

Tramp əlavə edib ki, İran tərəfi ilə danışıqlara açıqdır və istədiyi qədər müzakirə aparmağa hazırdır, lakin razılıq əldə olunmasa, “ikinci mərhələ”yə keçiləcəyini deyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: