İngiltərədə 1860-cı illərdən bəri müşahidə edilməyən və “Viktoriya dövrünün xəstəliyi” kimi tanınan nadir infeksiya yenidən yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media yazıb.

Bildirilib ki, xəstəlik səbəbindən yaşı 80-dən yuxarı olan bir kişi ölüb.

Laborator analizlər onun klassik kolera deyil, koleraya yaxın “non-toxigenic Vibrio cholerae” adlı bakteriyaya yoluxduğunu göstərib. Bu bakteriya ağır mədə-bağırsaq pozğunluqlarına və bəzi hallarda qan zəhərlənməsinə səbəb ola bilir.

İnfeksiya adətən çirkli su və ya çirklənmiş dəniz məhsulları vasitəsilə yayılır.

Mütəxəssislər XIX əsrdə Böyük Britaniyada minlərlə insanın ölümünə səbəb olmuş bu tip xəstəliklərin yenidən ortaya çıxmasının narahatlıq doğurduğunu bildirirlər.

Səhiyyə orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: