47692 861n

2000-ci ildə yayımlanan “Simpsonlar” animasiya serialının bir bölümü sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, izləyicilər həmin epizodda yer alan səhnələrin sonradan qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələndirilən hadisələrə bənzədiyini iddia edirlər.

Söhbət serialın 12-ci mövsümündə yer alan “The Computer Wore Menace Shoes” adlı bölümdən gedir. Həmin epizodda Homer Simpson müxtəlif konspirasiya nəzəriyyələri yaydığı üçün gizli bir adaya aparılır.

Sosial media istifadəçiləri bu adanın Karib dənizində yerləşən və sonradan “Epşteyn adası” kimi tanınan “Little Saint James” və “Great Saint James” adalarına oxşadığını irəli sürürlər.

Xatırladaq ki, Ceffri Epşteyn bu adalarda azyaşlılara qarşı cinsi istismar da daxil olmaqla ağır cinayətlər törətməkdə ittiham olunmuşdu. Bu səbəbdən serialdakı səhnələr “Simpsonlar Epşteyn qalmaqalını əvvəlcədən bilirdimi?” sualını yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı yayılan xəbərlərdə qeyd olunur ki, Epşteynlə bağlı açıqlanan bəzi məhkəmə sənədlərində serialın yaradıcısı Matt Qreninqin adı da çəkilib. Lakin bu məlumatlar rəsmi ittiham kimi təqdim olunmayıb və iddia xarakteri daşıyır.

Tahir Turan
Globalinfo.az

Paylaş: