“Almaniyanın Ukraynaya ötürmək üçün demək olar ki, heç bir silahı və ya texnikası qalmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Bu məsələdə imkanlarımızın son həddinə çatmışıq. Almaniya artıq Kiyevə dəstəyin əhəmiyyətli bir hissəsini təmin edib”, – deyə o bildirib.
Bundan əvvəl ölkə Ukraynaya hava hücumundan müdafiə sistemləri, zirehli texnika, artilleriya sistemləri və bir çox digər silah növləri bağışlamışdı.
Əliyar Xəlil
Globalinfo.az