nocomment bc3d77cd9828628ac1cd07f483eaf5a7 mnlro1e9f4wbuv2zt03s

“Kapital Bank“la bağlı daha bir narahatlıq yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə bir neçə istifadəçilər narazılıq edib.

İddialara görə, sözügedən bank müştərilərin sosial müdafiə və təminat məlumatlarını icazələri olmadan “mygov” vasitəsilə sorğulayır.

“Kapital Bank” məsələyə belə aydınlıq gətirib:

“Birbank kartı və Birbank tətbiqi istifadəçiləri üzrə müəyyən dövrlərdə məlumatların sorğulanması aparılır və bu sorğular üçün tələb olunan razılıq tərəfinizdən əvvəlcədən təmin olunub. Müştərinin məlumatlarının yoxlanılma məqsədi uyğun bank məhsullarının təklif edilməsi və daha yaxşı məsafədən xidmət göstərilməsidir. “MyGOV” tətbiqi vasitəsilə məlumatların paylaşılmasını dayandırmaq olar. Bunun üçün “İcazələrin idarə olunması” bölməsinə daxil olmalısınız. Burada iki növ məlumatı idarə etmək mümkündür:

1.Avtomatik məlumatlar (kompüter tərəfindən yığılan məlumatlar):

Daha çox → İcazələrin idarə olunması → Məşğulluq məlumatları → Kapital Bank ASC.

2.Fərdi məlumatlar:

Daha çox → İcazələrin idarə olunması → Fərdi məlumatlar → Kapital Bank ASC.

Hər iki bölməni istədiyiniz zaman bağlaya bilərsiniz”.

632342391 25771502149127646 1082768773984671160 n

Günel Cəlil
Globalinfo.az 

Paylaş: