Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukraynada seçkilərin keçirilməsi qərarına etiraz edib.
Globalinfo.az xəbər verir ki, o, Rusiya ilə münaqişə fonunda bu addımı doğru hesab etmir.
“Əksər Avropa ölkələrinin konstitusiyaları hərbi əməliyyatlar zamanı seçkilərin keçirilməsini qadağan edir. Çünki seçkilər bir ölkə daxilində müxtəlif siyasi qüvvələr arasında gedən mübarizədir. Xarici hücumlar davam etdikdə, seçkilər keçirmək mümkün deyil, düşmən qapıdadır və bütün səylər ona qarşı mübarizəyə yönəldilməlidir. Buna görə də müharibə zamanı seçkilərin keçirilməsi qətiyyən yaxşı həll yolu deyil”, – deyə Kallas bildirib.
Qeyd edək ki, fevralın 11-də Ukrayna Prezidenti Volodimir Zelenskinin 24 fevralda prezident seçkiləri və Rusiya ilə sülh müqaviləsi üzrə referendum elan etməyi planlaşdırdığı bəlli olub.
Əliyar Xəlil
Globalinfo.az