Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın sülh yolu ilə həll istiqamətində konkret addımlar atacağı təqdirdə münaqişənin başa çata biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, onun sözlərini “TSN” televiziya kanalı sitat gətirib.
Zelenski qeyd edib ki, hərbi əməliyyatların dayandırılması üçün ABŞ Rusiyaya təzyiq göstərməlidir.
“ABŞ-ın təzyiqləri və ordumuzun qüdrəti sayəsində Rusiyaya ciddi zərər vurmuşuq. Ümid edirik ki, irəliləyən zamanda qarşı tərəf danışıqlar yoluna üz tutacaq”, – deyə o bildirib.
Ukrayna prezidenti Vaşinqtonun bu prosesdə həlledici rol oynaya biləcəyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az