ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) bu il və gələn il üçün Azərbaycanda gündəlik neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb.
Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə EIA-nın aylıq icmalında deyilir.
Məlumata görə, bu il Azərbaycanda neft hasilatı gündəlik 540 min barel təşkil edəcək.
Eyni zamanda, I rübdə gündəlik neft hasilatının 550 min barel, II rübdə 540 min barel, III və IV rüblərdə isə 530 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Hesabata görə, Azərbaycanda gələn il üçün orta gündəlik neft hasilatı 540 min barel səviyyəsində olacaq. Proqnozlara əsasən, gələn ilin I rübündə ölkədə gündəlik neft hasilatı 550 min barel, II rübündə 540 min barel, III və IV rüblərində isə 530 min barel olacaq.
Bildirilib ki, 2025-ci ildə ölkədə neft hasilatı gündəlik 570 min barel təşkil edib.