Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Globalinfo.az onun haqqında məlumatı təqdim edir.
Rəşad İsmayılov 27 avqust 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb.
2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi, 2010-2012-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi, 2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az