Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azər Mursaqulovu Dövlət Statistika Komitəsinin sədri təyin edib.
Globalinfo.az bildirir ki, A.Mursaqulov 1981-ci ildə anadan olub. O, Türkiyənin Boğaziçi Univesitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib.
2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2019-cu ildən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini icra edib.
Azər Mursaqulun atası professor İsmayıl Mursaqul O, 1990-cı il yanvarın 24-də qanlı yanvar hadisələri zamanı Bakıdan Sumqayıta həmkarları ilə birlikdə işə gedərkən Sovet hərbçilərinin vəhşiliyi nəticəsində ağır zədə alıb, nəticədə həyatını itirib. İ.Mursaqulov Şəhidlər Xiyabanında dəfn edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin əvvəlki sədri Tahir Budaqov olub. O, Prezidentin Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.