makron 4

Fransa Prezidenti Emmanuel Makron bəzi Avropa liderlərinə Rusiya ilə dialoqu bərpa etməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Avropa mediasına verdiyi müsahibədə danışıb.

Makronun sözlərinə görə, Rusiya ilə dialoq zəruridir:

“Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya ilə birlikdə Avropada yeni bir təhlükəsizlik arxitekturası qurulmalıdır”.

Qeyd edək ki, bundan əvvəl media Makronun müşavirinin Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların gedişatı fonunda Moskvaya “səssiz” səfər etdiyini yazmışdı. Rəsmi şəxs Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla görüşmüş ola bilər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: