İtaliyada Hollivud filmlərini xatırladan təhlükəli soyğun baş verib. Apuliya regionundakı magistralda səkkiz nəfər silahlı mafiya üzvü zirehli inkassator furqonuna hücum edib.
Globalinfo.az xəbər verir ki, silahlılar polis əməkdaşları kimi geyinərək, üzərində siqnal işıqları olan avtomobillə inkassator furqonunu magistral boyunca izləyiblər. Daha sonra avtomobilin qarşısını kəsən hücumçular partlayıcı maddədən istifadə edərək mikroavtobusun qapısını partladıblar.
Hadisə yerinə karabinyerlər – İtaliyanın milli jandarm qüvvələri çatdıqdan sonra tərəflər arasında silahlı qarşıdurma baş verib.
Məlumata görə, iki şübhəli artıq saxlanılıb, digərləri isə qaçmağa müvəffəq olub. Qaçış zamanı silahlılar yoldan keçən sürücülərin avtomobillərini zorla ələ keçirərək, hadisə yerindən uzaqlaşıblar.
Hazırda hücumda iştirak edən digər şəxslərin axtarışları davam etdirilir.
Aysel Əliyeva
Globalinfo.az