Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülhün təşviqi, eləcə də Azərbaycan–ABŞ münasibətlərinin regional proseslərdəki rolu ilə bağlı açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, Fidan bu fikirləri “CNN Türk” telekanalının canlı yayımında səsləndirib.
O, bölgədə davam edən sülh prosesində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında mövcud münasibətlərin də əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Nazirin sözlərinə görə, Türkiyə-ABŞ əlaqələrində müşahidə olunan müsbət dinamika yalnız Cənubi Qafqazla məhdudlaşmır. Bu proses Rusiya–Ukrayna müharibəsinin həlli istiqamətində aparılan danışıqlarda, Qəzzada atəşkəsin təmin olunması, eləcə də Suriya ilə bağlı regionun maraqlarına uyğun qərarların qəbulunda da öz əksini tapır.