rus dili

Qazaxıstanın yeni Konstitusiyasında rus dilinin istifadəsi ilə bağlı ifadənin dəyişdirilməsi planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi sədrinin müavini Bakıt Nurmuxanov məlumat verib.

Konstitusiya islahatı üzrə komissiya ölkənin yeni Konstitusiya layihəsini dərc edib.
Layihənin bir maddəsində dövlət və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə yanaşı rus dilinin də rəsmi şəkildə istifadə olunduğu qeyd edilir.

Nurmuxanovun sözlərinə görə, bu dəyişikliklər terminoloji və semantik vahidliyi təmin etmək məqsədilə ekspertlər və hökumət mütəxəssisləri tərəfindən aparılan redaktə və üslubi düzəlişlərin tərkib hissəsidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: