herbi teyyare

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin səfərindən əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı 20 hərbi-nəqliyyat təyyarəsi Ermənistan və Azərbaycana gəlib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

ABŞ-ın vitse-prezidenti fevralın 9-10-da Ermənistanda rəsmi səfərdə olacaq, İrəvandan sonra Bakıya yollanacaq.

98600937 0 0 951 674 1440x900 80 0 1 6f2f2c7fa25ac763d85748b7887f6264

Məlumata görə, təyyarələrin əksəriyyəti fevralın 4-8-də İrəvan və Bakıya eniş edib. Monitorinqlər göstərib ki, Ermənistana 12 hərbi-nəqliyyat təyyarəsi gəlib, daha 9 təyyarə isə Azərbaycana uçub.

Təyyarələr əsasən ABŞ-dakı hərbi bazalardan havaya qalxıb və Almaniyadakı “Ramştayn” aviabazasında yanacaq doldurduqdan sonra regiona gəliblər. Bütün uçuşlar 77,5 tona qədər yükdaşıma qabiliyyətinə malik ağır hərbi-nəqliyyat təyyarəsi olan “Boeing C-17A Globemaster III” ilə həyata keçirilib.

98600915 0 0 904 607 1440x900 80 0 1 f6bf239f8f189146cc90fc75399270cb

Qeyd edilib ki, ABŞ HHQ-nin xüsusi əməliyyat qüvvələri üçün nəzərdə tutulmuş “Lockheed Martin MC-130J Commando II” tipli ixtisaslaşmış hərbi-nəqliyyat təyyarələri də İrəvan və Bakıya uçuşlar həyata keçirib. Həmin təyyarələrdən ikisi Gürcüstana da uçub.

Ceyms Devid Vens bundan öncə 14 təyyarədən ibarət aviasiya qrupu ilə İtaliyaya səfər etmişdi.

Paylaş: