1362903 1701145095

Ukrayna böhranından sonra imzalanacaq sülh müqaviləsi Moskvanın strateji mövqeyini möhkəmləndirə və Kiyevi iqtisadi və siyasi baxımdan zəiflədə bilər. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Strategic Culture” jurnalında keçmiş britaniyalı diplomat Yan Praud bildirib.

Praudun fikrincə, Rusiya münaqişəyə İkinci Dünya Müharibəsindən bəri ən yaxşı təchiz olunmuş və təcrübəli ordu ilə son qoyacaq, iqtisadi təzyiqə qarşı isə Ukraynanın Qərb dəstəkçilərindən daha uğurla müqavimət göstərə bilib.

“Avropa Birliyi ilə yaxınlaşma sürətlənsə belə, Ukrayna ikinci dərəcəli vətəndaşlıq naminə məhv olmaq və əhalisiz qalmaq riski ilə üzləşir. Zelenski öz əli ilə Ukraynanı ölümə aparır”, – keçmiş diplomat bildirib.

O əlavə edib ki, Zelenskinin siyasi gələcəyi də sülh prosesindən asılı olaraq, ölkənin mövcud vəziyyəti çərçivəsində qiymətləndiriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: