Araqci 1

“Bizim atom bombamız böyük qüvvələrə “yox” demək gücüdür”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Xarici işlər naziri bildirib ki, əgər İranın dinc nüvə proqramının məqsədləri ilə bağlı hər hansı sual və ya qeyri-müəyyənlik varsa, buna aydınlıq gətiriləcək:

“Bunun yeganə yolu diplomatiyadır. Digər seçimlər indiyədək uğurlu olmayıb. İran xalqının hüquqları tanınarsa, hörmət edilərsə və biz bu hüquqlardan istifadə edəcəyiksə, o zaman danışıqların nəticəsindən söz aça bilərik. Kimdənsə hüquqlarımızın tanınmasını istəmirik, bizim hüququmuz rəsmi və mövcuddur. Sadəcə hüquqlarımıza hörmət olunmasını istəyirik”.

Əraqçi qeyd edib ki, Tehranın gücünün sirri məhz zorakılıq, hegemoniya və xarici təzyiqlərlə mübarizə apara bilməkdir:

“Onlar bizim atom bombamızdan qorxurlar, halbuki bu, böyük güclərə “yox” demək gücüdür”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: