Baş nazir Viktor Orban Ukraynanı Macarıstanın düşməni elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın “Index” nəşri məlumat yayıb.
Məlumata görə, Orban bu açıqlamanı keçirilən mitinqdə çıxış edərkən verib.
Baş nazirin sözlərinə görə, Ukrayna Macarıstanı ucuz Rusiya enerjisindən məhrum etməyi Brüsselə tələb kimi qoyur. Bu da macarları yüksək kommunal xidmət qiymətləri ilə təhdid edir.
“Bunu deyən hər kəs Macarıstanın düşmənidir. Ona görə də Ukrayna bizim düşmənimizdir”, – deyə Orban vurğulayıb.
O əlavə edib ki, tarif endirimləri olmadan macar ailələri üçün kommunal xərclər ildə 1 milyon forint (təxminən 2600 avro) artacaq.
Əliyar Xəlil