İtaliyada təşkil olunan Milan–Kortina 2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində məşhur italyan opera müğənnisi Andrea Boçelli və dünya şöhrətli ulduz Meraya Keri çıxış ediblər.
Globalinfo.az xəbər verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı baş tutub.
Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasim zamanı dövlət bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıblar.
Tamaşaçılar önündən Olimpiya Oyunlarının vətəni olan Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.
Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.

***23:22
İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi Milan şəhərindəki “San-Siro” stadionunda baş tutub.
Globalinfo.az xəbər verir ki, oyunlar 6-22 fevral tarixlərində Milan və Kortina-d’Ampetsso şəhərlərində təşkil olunacaq. İdmançılar 8 fərqli idman növündə 16 disiplin üzrə yarışacaqlar ki, bu da 2022-ci il Pekin Olimpiadasından 7 daha çoxdur.
Olimpiadada 92 milli komitədən təxminən 2 900 idmançı iştirak edəcək. Həmçinin Rusiya və Belarus idmançıları da bu oyunlarda neytral statusda iştirak edəcəklər.
Aysel Əliyeva
Globalinfo.az