mehkeme 0

Bakı Ağır Cinayətlər Məhkəməsində “Dəryaz” qəzetinin təsisçisi və baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən məhkəmə Habil Tağıyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Xatırladaq ki, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir. Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib. Habil Tağıyev Cinayət Məcəlləsinin 182.2.2 (Hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddəsi ilə ittiham olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş: