Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) Baş memarı vəzifəsindən azad edilib.
Globalinfo.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, RİH-in Baş memarı Vüqar Hacıyev vəzifəsindən azad edilib. Hazırda bu vəzifə vakansiyaya çıxarılıb.
Xatırladaq ki, V.Novruzov ötən ilin noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.