sim

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alen Simonyanla görüşdə İrəvanın Qərb ölkələri ilə yaxınlaşmasının təhlükəli nəticələr doğuracağını Ermənistan tərəfinə izah edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Simonyanın diqqətinə ənənəvi müttəfiqlərlə əməkdaşlığa zərər vurmaq bahasına Qərblə yaxınlaşmanın təhlükəsi diqqətə çatdırılıb.

Məlumatda vurğulanıb ki, danışıqlar zamanı Rusiya–Ermənistan münasibətlərinin aktual məsələləri üzrə açıq və məzmunlu fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Moskva ilə İrəvan arasında hərbi-siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin tezliklə praktik həyata keçirilməsinə hazır olduğunu təsdiqləyib. Həmçinin Avrasiya məkanında inteqrasiya layihələri çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Bundan başqa, tərəflər Ermənistan–Azərbaycan normallaşma prosesi ilə bağlı regional mövzuları müzakirə ediblər və “3+3” Regional Əməkdaşlıq Platformasının ardıcıl fəaliyyətinin vacibliyini diqqətə çatdırıblar.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: