iran 900x599 1

İranın ABŞ-la görüşün Omanda keçirilməsi barədə təklifinin səbəbi məlub olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

“Tehran ötən ilki danışıqlara uyğun format istəyir. Bu danışıqlar daha geniş məsələlər dairəsinə deyil, İranın nüvə proqramına yönəlmişdi.

Beləliklə, İran tərəfi danışıqları Omana keçirməklə görüşün gündəliyini dəyişdirə biləcəklərinə, məsələn, ballistik raket arsenalının gələcəyini müzakirə etməməyə ümid edir”, – deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl danışıqların Türkiyədə keçiriləcəyi deyilirdi. “Axios” nəşrinin məlumatına görə, artıq  Tramp administrasiyası Tehranın danışıqları Omana köçürmək tələbinə razılıq verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: