Pedofiliya və insan alveri cinayətlərində ittiham olunan, 2019-cu ildə saxlanıldığı həbsxanada ölü tapılan Cefri Epşteynin hər kəsdən gizlətdiyi oğlu olduğu iddia edilir.
Globalinfo.az xəbər verir ki, “Epşteyn işi” çərçivəsində ortaya çıxan yazışmalarda Böyük Britaniyanın statusu əlindən alınan keçmiş şahzadəsi Endryunun xanımı Sarah Ferqusonun biznesmenə mesajları ortaya çıxıb.
Ferquson mesajlardan birində Epşteyni oğlu olması münasibətilə təbrik edib. Mesajların 2012-ci ildə göndərildiyi, bu hesabla hazırda beznezmenin 14 yaşında oğlunun olduğu ehtimal edilir.
İddiaya görə, uşağı biznesmenin cinsi istismar etdiyi yeniyetmələrdən biri dünyaya gətirib. Doğumdan 3 dəqiqə sonra körpə ananın əlindən alınıb.
ABŞ Müdafiə Nazirliyinin açıqladığı 3 milyon sənədin arasında 16-17 yaşlı bir qurbanın da gündəliyi yer alır. Gündəlikdə Epşteynin övlad sahibi olmaq üçün məhz onu seçdiyi vurğulanır. Qurbanın gündəliyində yazdığı “niyə məhz gözümün rənginə, saçıma görə məni seçib?” sözləri diqqət çəkir.
Bununla yanaşı, biznesmenin təcavüz etdiyi başqa yeniyetmələrdən də uşaqlarının olduğu bildirilir. Lakin onların gizli saxlanıldığı və aqibətlərinin nə olduğu məlum deyil.
Əliyar Xəlil
Globalinfo.az