56929104 b91c 3b90 9c09 c1bfe6176912 825

Türkiyə Prezident Administrasiyası son səkkiz il ərzində ölkədə təxminən 100 min uşağın itkin düşməsi ilə bağlı sosial mediada yayılan iddiaları təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Kommunikasiya İdarəsinə bağlı Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Türkiyədə hər il 10 mindən çox, son səkkiz ildə isə təxminən 100 min uşağın itkin düşdüyü barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bildirilib ki, bu iddiaların müəllifləri Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatlarına istinad etsələr də, sözügedən statistika kontekstdən çıxarılaraq təhrif edilib.

Həmin məlumatlar yalnız itkin düşməsi barədə müraciət edilən və sonradan tapılan uşaqlarla bağlı halları əhatə edir və “itkin düşmüş və tapılmamış uşaqların sayı” kimi təqdim edilə bilməz.

Administrasiya vurğulayıb ki, dövlət qurumları “itkin düşmüş və tapılmamış uşaqların sayı” başlığı altında ayrıca statistika dərc etmir və sosial mediada səsləndirilən rəqəmlər rəsmi məlumatlara əsaslanmır.

Tahir Turan
Globalinfo.az

Paylaş: