Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunub.
Digər əmrlə o, Şərur Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilib.














