Rusiya Xarici İşlər Nazirliyi Qərb ölkələrinin hərbi birləşmələrinin və hərbi obyektlərinin Ukrayna ərazisində yerləşdirilməsini Rusiya üçün “qəbuledilməz” adlandırıb.
Globalinfo.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə nazirliyin diplomatik fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında danışıb.
Lavrov vurğulayıb ki, Ukrayna ərazisində Qərb ölkələrinə məxsus hərbi hissələrin, hərbi obyektlərin, eləcə də silah anbarlarının və hərbi infrastrukturun yerləşdirilməsi Rusiyanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Açıqlamada qeyd olunub ki, bu cür yerləşdirmə Moskva tərəfindən “xarici müdaxilə” kimi qiymtələndiriləcək və Rusiya buna biganə qalmayacaq.
Tahir Turan
Globalinfo.az