avt 1

Rusiya ordusu Dnepropetrovsk bölgəsində enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu nəticəsində xəsarət alanların sayı 16-ya yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

    Onun sözlərinə görə, xəsarət alanlardan 14 nəfər xəstəxanadadır, onların yeddisinin vəziyyəti ağırdır.

    Qeyd edək ki, Rusiya dronları Dnepropetrovsk bölgəsinin Pavloqrad rayonundakı Ternovska mədəni yaxınlığında enerji şirkətinə məxsus xidməti avtobusa zərbə endirib.

    H​​​​​​ücum nəticəsində 15 mədən işçisi həlak olub.

    Paylaş: