florian

“Fransa hüquq-mühafizə orqanlarının Prezident Emmanuel Makronun amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrini niyə araşdırmır?”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri  Florian Filippot sosial media hesabında yazıb.

O qeyd edib ki, Makron əvvəlcə nazir, daha sonra prezident kimi Epşteynlə birbaşa və ya vasitəçilər vasitəsilə iş görüb:

“Bu, ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi sənədlərdə öz əksini tapıb. Milli təhlükəsizliyimiz təhlükədədir: araşdırma aparılmalıdır”.

Xatırladaq ki, bundan əvvəl Makronun Epşteynlə onun həmkarı, BƏƏ iş adamı Sultan bin Süleyem vasitəsilə gizli şəkildə yazışdığı ortaya çıxmışdı.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: