Birləşmiş Ərəb Əmirliklərində Rusiya və Ukrayna nümayəndə heyətlərinin yeni görüşü təxirə salına bilər.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Kiyev nümayəndəsi qeyd edib ki, Əbu-Dabidə danışıqlar 1 fevral bazar gününə planlaşdırılıb. Lakin Zelenskinin sözlərinə görə, yer və tarix dəyişdirilə bilər.
“Çünki, bizim fikrimizcə, ABŞ və İranla bağlı nəsə baş verir və bunlar tarixə təsir edə bilər”, – deyə Ukrayna prezidenti izah edib.
Əliyar Xəlil
Globalinfo.az