Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən şair və yazıçıları təşkilatdan xaric edib.
Globalinfo.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə AYB Katibliyi qərar verib.
Amma həmin şəxslərin sayı və adları açıqlanmayıb.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı təsdiqləyib.
“Üzvlükdən xaric olunanalar haqqında hələlik dəqiq bir şey deyə bilmərəm. Lakin ödəniş etməyənlər AYB Katibliyinin qərarı ilə təşkilatdan xaric olunub. Xaric olunanların siyahısının dövrü mətbuatda dərc olunması haqqında hələlik qərar verilməyib. Bu proses mərhəlli şəkildə davam edəcək. Ödəniş etməyən digər yazıçıların da siyahsı yenidən dərc oluna bilər”, – o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl AYB 2020-ci ildən bəri üzvlük haqqı ödəməyənlərin siyahısını dövri mətbuatda dərc etmişdi. Onlara 2026-ci il fevralın 1-nə qədər möhlət verilmişdi.