Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub.
Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.
Digər əmrlər, Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Elnarə Rüfət qızı Əliyeva-İskəndərova təyin edilib.
Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Səfərov Rauf Gündüz oğlu olub. Elnarə Əliyeva-İskəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.