suyu kesilen el kaldirsin dedi mansur yavasi soke eden manzara 1767070 20260129100850

Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) rəhbəri Mansur Yavaş qatıldığı proqramda şəhərdəki su çatışmazlığı ilə bağlı tənqidlərə cavab verib.

Globalinfo.az xəbər verir ki, o, iştirakçılara sual ünvanlayıb.

“Düzünü desəm, evimdə heç vaxt su kəsintisi olmayıb. Binamda su çəni var. Düşünürəm ki, Ankarada su çatışmazlığı yoxdur. Düzünü deyin, suyunuz kəsilibsə, əlinizi qaldırın”, – deyə bələdiyyə sədri bildirib.

Əksəriyyət əllərini qaldıranda Yavaş təəccüblənib. Ardıncı o, bunları deyib:

“Planlaşdırılan su kəsintiləri var…Problemlər həll olunmalıdır. Bir gün hamımızın vəzifəsi bitəcək. Əhəmiyyətli olan o gün gələndə geridə nə qoyacağımızdır. Başımızı dik tutaq, siz də rahat ola bilərsiniz. Hörmətli mətbuat nümayəndələri, hazırda Ankarada su problemi yoxdur”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: