Avropa Birliyi Ermənistana 20 milyon avro ayıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.
Avropa Birliyinin 27 üzv dövləti Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro yardım ayrılmasını təsdiqləyib.
Brüsseldəki mənbələrə görə, qərar bu gün Aİ Şurasının iclasında qəbul edilib.
Əliyar Xəlil