ABŞ Prezidenti Donald Tramp Suriyan prezidenti Əhməd əl-Şaraa ilə telefon danışığı apardığını bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bunu jurnalistlərə açıqlamasında bildirib. O, söhbətin müsbət keçdiyini qeyd edib.
“Hörmətli Suriya prezidenti ilə gözəl söhbətim oldu. Suriya və bu bölgə ilə bağlı hər şey çox yaxşı irəliləyir. Biz çox məmnunuq”, – Tramp bildirib.