m 0 1

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.

Bu barədə Globalinfo.aza Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.

Qeyd edək ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.

8901fc2d114435b96e56db23e26e56949960a4f82c3cd8910f8c4e0208f93098

Paylaş: