***22:30
Bakıda dəhşətli ailə faciəsi yaşanıb.
Globalinfo.az xəbər verir ki, Ağ Şəhərdə yerləşən binada 34 yaşlı Emil Əliyev adlı şəxs həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu olan Emil hadisəni uşağının gözü qarşısında törədib. O, arvadına 20 bıçaq zərbəsi vurub. Hadisəni törədəndən sonra isə yaşadığı 10-cu mərtəbəsindən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən ataraq intihar edib.
Bıçaqlanan qadının vəziyyətinin ağır olduğu bildirilir.