rusiya 2

Avropa Birliyi Şurası Rusiya mənşəli qazın həm boru kəmərləri vasitəsilə, həm də mayeləşdirilmiş təbii qaz (LNG) formasında idxalının qadağan olunmasını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki,bu barədə “İzvestiya” məlumat yayıb. Qərara əsasən, proses mərhələli şəkildə həyata keçiriləcək və mövcud müqavilələr üçün keçid dövrü nəzərdə tutulur.

Qərara görə, mayeləşdirilmiş Rusiya qazının idxalı 2027-ci ilin əvvəlindən tam dayandırılacaq. Boru kəməri ilə nəql olunan qazın idxalı isə 2027-ci ilin payızından etibarən tam qadağan ediləcək.

Qaydaların pozulmasına görə ciddi maliyyə sanksiyaları müəyyən edilib. Fiziki şəxslər üçün cərimələr 2,5 milyon avrodan başlayacaq. Şirkətlər isə ən azı 40 milyon avro və ya qlobal dövriyyələrinin 3,5 faizi həcmində cərimə oluna bilərlər.

Tahir Turan
Globalinfo.az

Paylaş: