Boksçu rinqdə aldığı xəsarətlərdən öldü

Boksçu rinqdə aldığı xəsarətlərdən öldü

Kolumbiyalı peşəkar boksçu Luis Kinyunes vəfat edib.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, 25 yaşlı idmançı venesuelalı Xose Munyosa qarşı döyüşdə aldığı xəsarətlərdən sonra dünyasını dəyişib.

Munyos reytinq qarşılaşmasının 8-ci raundunda nokautla qalib gəlib. Kinyunes rinqi xərəkdə tərk etməli olub. Kəllə-beyin travması səbəbindən əməliyyat olunan boksçu süni komaya salınmışdı.

Qeyd edək ki, Luis Kinyunes peşəkar karyerasına 2018-ci ildə başlayıb. İdmançının 10 qələbəsi və 1 məğlubiyyəti var idi.