skynews coronavirus mask london 4940483 1

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Nipah” virusu ilə bağlı xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, qurum xəstəliyin yeni pandemiyanın yaranması üçün potensiala malik olduğunu bildirib.

“Virus ölkənin üçüncü ən böyük şəhəri olan Kalkuttanın yaxınlığında yerləşən Qərbi Benqal ştatında aşkarlanıb. Hakimiyyət yoluxmuş şəxslərlə təmasda olan təxminən 100 nəfər üçün karantin tədbirləri tətbiq edib. Hazırda yoluxmanın beş təsdiqlənmiş halı var və onların hamısı tibb işçiləri arasındadır”, – deyə qeyd olunub.

Məlumata görə, iki tibb bacısının vəziyyəti ağırdır:

“Onlardan biri hazırda komadadır. Həmin tibb bacısının analizlər götürülməmişdən əvvəl vəfat edən bir xəstəyə qulluq edərkən yoluxmuş ola biləcəyi ehtimal olunur.

*** 14:45

Hindistan hakimiyyəti Qərbi Benqaliyanın şərqindəki təhlükəli “Nipah” virusunun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat verib.

Bildirilib ki, “Nipah” virusuna yoluxanların sayı 5-ə çatıb:

“100-dən çox insan karantinə alınıb və yoluxmuş xəstələr müalicə alır.

Səlahiyyətlilər, ştatdakı virus vəziyyətini qiymətləndirmək və mümkün epidemiyanın qarşısını almaq üçün yerində lazımi tədbirlər görmək üçün cavab qrupu yaratdıblar”.

Qeyd edək ki, “Nipah” virusu heyvanlardan insanlara ötürülən zoonotik infeksiyadır. Virus yarasalar, donuzlarla təmas, çirklənmiş meyvə və ya xurma şirəsinin istehlakı və insandan insana təmas yolu ilə keçə bilər.

Xəstəliyin əlamətləri yüksək hərarət və baş ağrısı, əzələ və boğaz ağrısı, qusma, ağır hallarda, sürətli beyin iltihabıdır. Məlumata görə, virus 24-48 saat ərzində komaya səbəb olur.  Hazırda bu xəstəliyə qarşı peyvənd yoxdur.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: