39cd48af ef74 4ee3 be3e ae2c994c7b6d

 Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapılıb.

Globalinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti atasının evində aşkarlanıb.

Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə gəldiyi deyilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Salmanov uzun müddət Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışıb.

b12f1225 46bf 4d0b bc32 62a710c27e9a

Paylaş: