“Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri sadəcə xalqımızı deyil, danışıqlar masasını da vurur”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Sibiqa Rusiyanı terror aktlarında günahlandırıb:
“ABŞ və Ukrayna Əbu-Dabidə sülh üçün çalışarkən, Rusiya terror hücumları həyata keçirir. Bu vəhşilik bir daha göstərdi ki, Rusiya Prezidenti Vladimir Putinin yeri danışıqlar masası deyil, məhkəmə zalıdır”.
Əliyar Xəlil
Globalinfo.az