qala 0

Arxeoloji abidədə qanunsuz qazıntı işləri aparan şəxslər məsuliyyətə cəlb edilib.

Bu barədə Globalinfo.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş Lahıc və Basqal qəsəbələrinin arasında yerləşən Niyal qalası abidəsinin Qərb bürcünün ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub.

Həmin dövrdən başlayaraq, Dövlət Xidməti tərəfindən ərazinin qorunması üçün nəzarət tədbirləri gücləndirilib. 2025-ci ilin fevral-mart aylarında isə yenidən qazıntı işlərinin aparıldığı müəyyən olunub. Aidiyyəti qurumlara məlumat verildikdən sonra qanunsuz əməli törədən şəxslər hadisə yerində saxlanılıblar.

Müəyyən edilib ki, Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, tamah niyyəti ilə dəfinə axtarmaq üçün IX–XII əsrlərə aid Niyal qalası abidəsinin Qərb bürcünün hasarı boyunca qanunsuz qazıntı işləri aparıblar. Nəticədə qalanın ön hissəsindən 5,38 metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divarı uçuraraq Niyal qalasının müşahidə məntəqəsinə qəsdən ciddi zərər vurublar.

Faktla bağlı 11 mart 2025-ci il tarixində Baş Prokurorluq tərəfindən Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlunun barəsində Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq, 1 avqust 2025-ci ildə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib. Hazırda məhkəmə istintaqı davam edir.

Qeyd edək ki, həmin maddənin sanksiyasına əsasən, təqsirləndirilən şəxslər iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.

6ca7d14b 7fa9 423c 9122 de59d4c7ca73
60d59db3 ff5c 42f2 a320 8414d076b218
43a0d7bb 1244 4631 a4bd 67b477351e59
40375cfd ddc6 46b5 af29 9092ba86a993
72b96d29 7e5b 40ab aa73 7980cb5104ff
699f2b4a 3408 4229 a6ff c6906c3fb1b8

Paylaş: