kreml sarayi rusiya 700x403 1

Hindistanın ən böyük neft emalı şirkətlərindən biri olan “Reliance Industries” fevral–mart aylarında Rusiya neftinin alışını yenidən bərpa edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, alışların həcmi 2025-ci illə müqayisədə xeyli az olacaq. Şirkət sonuncu dəfə dekabr ayında ABŞ-dan icazə aldıqdan sonra Rusiyadan neft alıb, yanvar ayında isə heç bir tədarük həyata keçirilməyib.

“Reuters”in mənbələri bildiriblər ki, neft sanksiya siyahısında olmayan şirkətlər vasitəsilə tədarük ediləcək. Mart ayından sonrakı dövr üçün alışların davam edib-etməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, daha əvvəl “Reliance Industries” ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun həbsi ilə bağlı hadisələrdən sonra Venesueladan neft alınması imkanları üzrə ABŞ ilə danışıqlara başlamışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: