WhatsApp Image 2025 12 23 at 11.44.50

Beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik Maykl Skott Doran Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib.

“Bu insan müasir dünyada ən istedadlı, hətta ən görkəmli dövlət xadimlərindən biridir. Beynəlxalq münasibətlərin reallıqda necə işlədiyini başa düşməsi misilsizdir”, – Maykl Doran bildirib.

Qeyd edək ki, Prezident müsahibəsində beynəlxalq münasibətlərin bu gün yeni eraya qədəm qoyduğunu deyib:

“Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: