4 51

Avropa Parlamentində Qrenlandiya ilə bağlı gərgin anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, parlamentin danimarkalı üzvü Anders Vistisen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamaları və təhdid xarakterli çıxışlarına sərt reaksiya verib.

Vistisen “Bunu sizin dilinizdə deyirəm: Prezident Tramp lənətəgəlmişdir”, – ifadəsini işlədib.

Daha sonra Avropa Parlamentinin sədri çıxışa müdaxilə edərək deputatı bu cür ifadələrdən çəkinməyə çağırıb. Hadisə Avropa İttifaqı ilə ABŞ arasında Qrenlandiya mövzusu ətrafında artan diplomatik gərginlik fonunda baş verib.

Tahir Turan
Globalinfo.az

Paylaş: