Erdogan

Türkiyə problemlərin zorakılıq və qarşıdurma ilə deyil, danışıqlar masasında həll edilməsini dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra İranla bağlı danışarkən deyib.

Ərdoğanın sözlərinə görə, Ankara bölgədə gərginliyin artmasının əleyhinədir.

Türkiyə öz prinsipial mövqeyinə sadiq qalmağa davam edir. Biz inanırıq ki, İranın problemlərinə həll yolu danışıqlar masasında tapılmalıdır. Bütün maraqlı tərəfləri diplomatiyaya çağırırıq. Bölgəmizdə baş verəcək xaos və ya buna yönəlmiş hər hansı bir cəhdə qarşı çıxmağa davam edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Ərdoğan qeyd edib ki, İranın üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün bütün tərəflər diplomatiyaya üstünlük verməlidir. Prezident vurğulayıb ki, Türkiyə regionu xaosa sürükləyə biləcək istənilən addıma qarşı çıxacaq və sülhün qorunması istiqamətində səylərini davam etdirəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: