4c0pbbdfe6f38b20g14 800c450 1737729406

“İrandakı iğtişaşlar İsrail agentləri tərəfindən təhrik edilib”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS-a açıqlamasında deyib. 

Səfir qeyd edib ki, regional inkişaf baxımından 8 yanvar hadisələri “2025-ci ilin iyun ayında başlayan hadisələr zəncirinin və İsrail rejimi ilə ABŞ tərəfindən İrana qarşı aparılan 12 günlük müharibənin davamı” kimi qəbul edilməlidir.

İran hökuməti danışıqlar, barışıq səyləri və problemin həlli yollarını axtarardı. Lakin İsrail terrorçu bölmələri qəfildən müxtəlif şəhərlərdə fəaliyyətə başladılar və dinc işçi nümayişlərindən vəkalət müharibəsi aləti kimi istifadə etdilər”, – səfir qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: