photo 310966

NATO Qrenlandiya ətrafında yaranmış vəziyyətin həlli üçün öz müttəfiqlik mexanizmlərinin təqdim etdiyi bütün imkanlardan istifadə etməlidir.

Globalinfo.az xəbər verir ki, bu çağırışla Çexiya Prezidenti Petr Pavel mətbuat konfransında çıxış edib.

Petr Pavel bildirib ki, Qrenlandiya məsələsi bir çox emosional reaksiyalara səbəb olur, lakin problemə soyuqqanlı və institusional yanaşmaq vacibdir:

“Qrenlandiya ilə bağlı vəziyyət haqlı olaraq çoxlu emosiyalar doğurur. Hesab edirəm ki, müttəfiq münasibətlərimizin bizə verdiyi bütün imkanlardan istifadə etməliyik. Düşünmürəm ki, biz artıq son həddə çatmışıq,” — deyə dövlət başçısı vurğulayıb.

Çexiya prezidenti həmçinin ümid etdiyini bildirib ki, ABŞ və Avropa bu məsələni “standart şəkildə və mövcud mexanizmlər çərçivəsində” həll etmək üçün ortaq yol tapacaqlar.

Tahir Turan
Globalinfo.az

Paylaş: